![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/5/20/1/c0fa3626-c94c-4e5f-99f7-74d5d0209185/1716184033664ae058dcf68664ae058dcf691716183128664ae058dcf65664ae058dcf66.jpg)
Polis Ağcabədidə əməliyyatlar keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb.
Ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb. Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.
Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.