Putinin mülki şəxsi müdafiə naziri təyin etmək qərarı ilə bağlı AÇIQLAMA

DÜNYA 13.05.2024 3011

"Rusiya Prezidenti Vladimir Putin qərar verdi ki, Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməlidir".

"Saat24.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün döyüş meydanında qalib gələn yeniliyə, vasitələrin ən sürətli tətbiqinə daha açıq olandır. Ona görə də prezidentin Müdafiə Nazirliyinə mülki rəhbər təyin etməsi təbiidir. Bu, sadəcə mülki şəxs deyil, Rusiyanın çox uğurlu İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, eyni zamanda əvvəlki nazirlər kabinetində hökumət sədrinin birinci müavini olmuş şəxsdir. Müdafiə Nazirliyi bütün qabaqcıl ideyaları tətbiq etmək, iqtisadi rəqabət üçün şərait yaratmaq üçün innovasiyalara tamamilə açıq olmalıdır”, - deyə Peskov jurnalistlərə bildirib.

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top