Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub

Sadə xəbər
HADİSƏ 13.04.2024 2829

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

Saat24.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top