Şimali Koreya qanadlı raketlər buraxdı

Sadə xəbər
DÜNYA 30.01.2024 2195

Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildiriblər ki, raketlər yerli vaxtla saat 07:00 radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ ilə koordinasiya etdiyini vurğulanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top