Bir milyon verib oğlunun qətlini sifariş etdi

Sadə xəbər
DÜNYA 24.01.2024 2256

Moskvada təqaüdçü qadın 1 milyon rubl müqabilində oğlunun öldürülməsini sifariş edib. 

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Buna səbəb ailə əmlakı üstündə yaranan mübahisələr olub: "68 yaşlı qadın pul və ev üstündə dava edib. O, oğlu ilə əmlakı bölüşə bilməyib. Təqaüdçü oğlunu öldürtmək üçün münasibətdə olduğu 52 yaşlı şəxsi də işə cəlb edib. Onlar killer tutaraq iş üçün 1 milyon rubl təklif ediblər. Killer bu şərtlərlə razılaşsa da, polisə müraciət edib. qətl səhnələşdirib, "meyitin" şəklini çəkib müştəriyə göndəriblər. Təqaüdçü pulu killerə təhvil vermək istəyərkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Qadın və münasibətdə olduğu şəxsi on il həbs gözləyir".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top