Argentina İngiltərəni Folklend adalarını qaytarmağa çağırdı

DÜNYA 04.01.2024 2888

Argentinanın yeni hakimiyyət orqanları Britaniyanı Folklend adalarını (Malvin adalarını) qaytarmağa çağırıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. 

Nazirliyin məlumatına görə, London beynəlxalq hüquqa zidd olan və Argentina hökuməti tərəfindən heç vaxt təsdiqlənməmiş “sülh dövründə güc hərəkəti” törədib.

Buenos-Ayres də bu məsələ ilə bağlı ikitərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. Onlar adaların mülkiyyəti ilə bağlı mübahisələrə baxmayaraq, qarşılıqlı maraq doğuran məsələlərdə Böyük Britaniya ilə “yetkin əlaqələr” saxlamaq istədiklərini vurğulayıblar. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top