Fransada ən yüksək səviyyədə terror təhlükəsi elan edildi

DÜNYA 25.03.2024 2309

Fransa terror təhlükəsi səviyyəsinin maksimuma yüksəldiyini açıqlayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal "X"də yazıb.

O qeyd edib ki, müvafiq qərar Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə əlaqədar verilib.

Attal bildirib ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“İslam Dövlətinin hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü, eləcə də ölkəmizin üzləşdiyi təhdidləri nəzərə alaraq, Vigipirate (terror təhdidləri üçün milli xəbərdarlıq sistemi) səviyyəsini ən yüksək səviyyəyə qaldırmaq qərarına gəldik", - deyə Fransız Baş nazir bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top