102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi

HADİSƏ 22.03.2024 2203
Daxili İşlər Nazirliyinin 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edilib. 

"Saat24.az"ın əldə etdiyi məlumata görə, hadisə Hacıqabul rayonunda baş verib. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Bəhruz Musayev (ad və soyad şərti göstərilib – red.) Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, orada xidmətdə olan operatoru nalayiq ifadələrlə söyüb.

Müraciət əsasında hadisə yerinə getmiş və söyüş söydüyünə görə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. 

Bəhruzun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunub. 

İş üzrə izahat verən təqsirli bilinən şəxs deyib ki, martın 19-da, günorta saatlarında dostu ilə birlikdə kafedə oturub yemək yeyib spirtli içki içib: 

“Sonra marketə gedərkən tanışım Alim adlı şəxs məndən siqaret istədi. Mən siqareti cibimdən çıxaran zaman 20 manat pulum da cibimdən çıxdı. Bu vaxt Alim cibimdən çıxardığım 20 manat pulu əlimdən alaraq qaçdı. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat verdim. Lakin, polis
əməkdaşları gəlmədiyinə görə təkrar 102 xidmətinə zəng edərək Alimin ünvanına söyüşlər söydüm. Bir müddət sonra polis əməkdaşları mənə yaxınlaşdı. Həmin vaxtı polis əməkdaşlarını söyməmişəm. Polis əməkdaşlarının təklifi ilə polis avtomobilinə minib polis şöbəsinə getmişəm. Spirtli içkinin təsiri altında olduğumdan hadisə vaxtı baş verənləri dəqiq xatırlamıram. Törətdiyim əməldən peşmanam. Himayəmdə xəstə anam və bacım var”.

Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə Bəhruz Musayev 15 gün müddətinə həbs edilib.//demokrat.az

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top