AEBA rəhbəri İsrail və İrana çağırış edib: Nüvə obyektləri hədəf olmamalıdır

DÜNYA 19.04.2024 2587

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru İsrail ilə İran arasında davam edən gərginliklə bağlı tərəflərə müraciət edib.

Saat24.az” xəbər verir ki, bu barədə AEBA-nın “X” səhifəsində yazılıb.

R.Qrossi tərəfləri təmkinli olmağa çağırıb:

“Nüvə obyektləri heç vaxt hədəf olmamalıdır. Vəziyyəti çox diqqətlə izləyirik”.

AEBA rəhbəri həmçinin ötən gecə baş verən hücumlar nəticəsində İranın nüvə obyektlərinə ziyan dəymədiyini təsdiqləyib.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.

İsrail isə gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

XƏBƏR LENTİ
01.05.2024 1943

DİGƏR XƏBƏRLƏR

Loading
Top