Çox böyük sevincdir-Jalə Əliyeva

CƏMİYYƏT 01.05.2024 2789
Saat24.Az xəbər verir ki,bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib. Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik.

Doğma Zərdabımızın  tanınmış ziyalılar ailəsinin layiqli davamçısı, Azərbaycanın  çempionlar siyahısına öz qələbəsiylə yeni uğur əlavə edən, ölkənin şahmat üzrə ilk qadın çempionu titulunu qazanan gənc və istedadlı qızımız Ülviyyə Fətəliyeva ilə hamınız fəxr edirik.  Dünən bu böyük qələbə - Şahmat üzrə Avropa Çempionatında qazandığı birincilik münasibətilə ailəsini - atası,  elə Ülviyyənin qələbə qazandığı gün 65 yaşını qeyd edən hörmətli professor  Sahil Fətəliyevi, uzun illərdən bəri tanıdığım, əməlləri və şəxsiyyəti ilə daim dövlətinin və dövlətçiliyimizin yanında olan hörmətli Səxavət Fətəliyev qardaşımızı təbrik etdim. 

Çox böyük sevincdir.  Uğurların daimi, Qələbələrin bol olsun, Ülviyyə qızım. Vətənə, Ailənə xoş gəldin! Vətən və Ailən  səni yetişdirdi. Sən də Vətənə və Ailənə yaraşan övlad oldun! Üzün ağ olsun! Bir daha təbrik edirəm! 

Jalə Əliyeva
Millət vəkili, 
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, 
Filologiya elmləri doktoru, professor
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top