Dünyanın ikinci kriptovalyutasının yaradıcısı artıq milyarder olmadığını açıqladı - FOTO

DÜNYA 21.05.2022 1232

“Ethereum” kriptovalyutasının yaradıcısı Vitalik Buterin artıq milyarder olmadığını açıqlayıb.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“Yeri gəlmişkən, mən artıq milyarder deyiləm”, - deyə o, sahibkar İlon Mask və “Amazon”un qurucusu Ceff Bezosun “Twitter”dəki fəaliyyətinə dair paylaşımda qeyd edib.

“Ethereum”un yaradıcısı şərhinə heç bir əlavə izahat verməyib.

Ötən ilin sonunda Buterinin şəxsi sərvəti təxminən 1,5 milyard dollar qiymətləndirilirdi. 2021-ci ilin noyabr ayından etibarən blokçeynlə əlaqəli “Ethereum” tokeninin qiyməti 55% ucuzlaşıb.

Qeyd edək ki, hazırda 28 yaşı olan V.Buterin Kolomnada doğulub, daha sonra ailəsi ilə birlikdə Kanadaya köçüb. 2021-ci ilin may ayının əvvəlində “Forbes” jurnalı onu dünyanın ən gənc kriptovalyuta milyarderi adlandırıb, amma həmin il mayın 19-da kriptovalyuta bazarının çökməsi səbəbindən o, bu statusunu itirdi.

2021-ci ildə Buterin “30 under 30” kateqoriyasında “Forbes” virtual şöhrət salonuna daxil olub.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top