Evdə sosial-məişət xidmət göstərilən şəxslərin sayı AÇIQLANDI

CƏMİYYƏT 21.05.2022 1939

Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.

Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

Agentlik sədri bildirib ki, onlardan 4190 nəfəri ahıllardır.

"Ahıl şəxslərin sosial xidmətlərlə təminatı da həyata keçirilir. Hazırda Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 190 nəfər ahıl şəxs yaşayır. Son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisənin sakinlərinin hər birinə fərdi yanaşılır və onlar burada xüsusi qayğı mühiti ilə əhatə olunurlar" - deyə Vüqar Behbudov qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top