Gədəbəy üç nəfər dəm qazından zəhərləndi: Ölən var

HADİSƏ 21.05.2022 1506

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top