Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - FOTO/VİDEO

HADİSƏ 21.05.2022 1352

Qazaxıstanda Qərbi Altay qoruğunun kameraları çox nadir görünən heyvanı - gəlinciyi qeydə alıb.

Görüntülər qoruğun “Instagram” hesabında yayımlanıb.

İşçilərin sözlərinə görə, gəlinciklər Altay dağlarının yerli sakinləri olsalar da, nadir hallarda görünür, insanlardan qaçırlar. Buna baxmayaraq, bəzən qoruq əməkdaşlarının nəzərinə çarpırlar. Bu dəfə isə gəlincik videotələyə düşüb.

“Latın dilində “Gulo gulo” adlanan gəlincik  dələkimilər ailəsinin yırtıcı məməlisidir. O, “Gulo” cinsinin yeganə nümayəndəsidir (latın dilindən “qarınqulu” kimi tərcümə olunur). Gəlincik çox cəsarətli heyvandır”, - deyə qoruğun işçiləri məlumat veriblər.

Qeyd edək ki, “Marvel” filmlərində “X-man” kainatının ən məşhur və özünə yaxşı ad qazandırmağı bacaran qəhrəmanlarından biri “Volverin” (“Gəlincik”) bu maraqlı heyvanın xüsusiyyətini daşıyıb. Hollivud ulduzu Hyu Cekmanın canlandırdığı obraz uzun müddət milyonlarla insanın qəlbini fəth edib.

 



Mənbə: Sputnik

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top