ÜST: Yeni virus xəstəliyin endemik hesab edildiyi ölkələrə səyahətlə əlaqəli deyil

DÜNYA 21.05.2022 1326

Avropada “meymun çiçəyi”nə yoluxma hallarının sayı hələ də azdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin yaydığı bəyanatda deyilir.

Həmçini qeyd edilir ki, onların bəziləri xəstəliyin endemik hesab edildiyi ölkələrə səyahətlə əlaqəli deyil, bu narahatlıq doğurur.

Son bir həftə ərzində ÜST-nün Avropa Regionunda bir neçə ölkədə “meymun çiçəyi”nə yoluxma hallarının qeydə alındığı bildirilir.

Qeyd olunur ki, hazırda virusun əhali arasında nə qədər geniş yayıldığı bəlli olmasa da, yaxın günlərdə virus aşkarlananların sayında artım gözlənilməlidir.

Qeyd edək ki, Böyük Britaniya, İsveç, İtaliya, Fransa , Avstraliya, Kanada, Almaniya və İspaniya da daxil olmaqla, bir neçə ölkədə “meymun çiçəyi”nə yoluxma halları müəyyən edilib.

Mənbə: RİA Novosti

XƏBƏR LENTİ
17.04.2024 3206

DİGƏR XƏBƏRLƏR

Loading
Top