Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi

SİYASƏT 20.05.2022 754
Beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əlaqələrdə daim ikili standart tətbiq ediblər. İstər BMT, istərsə də ATƏT-in 30 ilə yaxındır həyata keçirdiyi fəaliyyət göz qabağındadır. İndi isə reallıq dəyişib.
BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrə əməl olunmaması bir sıra suallar yaradır. Qurumun qəbul etdiyi bəzi qətnamələr qısa müddət ərzində icra olunur, lakin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul olunan qətnamələr 30 ilə yaxındır ki, ümumiyyətlə, icra olunmadı, yalnız kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazisindən çıxardı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Ancaq Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.
Lakin Azərbaycan heç vaxt torpaqlarının işğaldan qalması ilə razılaşmadı, BMT-nin Nizamnaməsini rəhbər tutaraq beynəlxalq hüququ özü təmin etdi. Dövlət başçısının da vurğuladığı kimi 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. İndi isə BMT-nin ölkəmizlə qarşılıqlı münasibətdə yeni yanaşması dəyişən reallığa uyğun həyata keçiriləcək.
Zərbalı Yusifov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
XƏBƏR LENTİ
17.04.2024 3189

DİGƏR XƏBƏRLƏR

Loading
Top