Polşa Ukraynaya 25 min ton benzin tədarük edəcək

İQTİSADİYYAT 20.05.2022 1542

Kiyev və Varşava Ukrayna ərazisinə yanacaq tədarükü ilə bağlı razılığa gəliblər.

Bu barədə Ukrayna baş nazirinin müavini Yuliya Sviridenko məlumat verib. Onun sözlərinə görə, tədarük mayın sonunda başlamalıdır - ümumilikdə Ukrayna Polşa ehtiyatlarından təxminən 25 min ton benzin alacaq.

Ukrayna baş nazirinin müavini müvafiq bəyanatı Polşanın iqlim naziri Anna Moskva ilə görüşündən sonra verib. Mətbuat konfransında çıxış edən Sviridenko ayrıca qeyd edib ki, Ukrayna böhranı gərginləşənə qədər Ukrayna yanacağın 97%-ni Rusiya və Belarusdan alırdı, lakin hazırda bu istiqamətlər bağlıdır.

Eyni zamanda Polşa naziri ukraynalı həmkarının sözlərini təsdiqləyib və əlavə edib ki, Varşava hazırda Ukrayna ilə sərhədin imkanlarının artırılması üzərində işləyir. Siyasətçi Kiyevi təchiz etmək üçün yeni istiqamətlər yaradıldığını vurğulayıb.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top