Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

HADİSƏ 20.05.2022 941

Lənkəranın yeddi kəndini birləşdirən Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə tipli uçqunlar qeydə alınıb. Ərazidə dərin yarğanlar əmələ gəlib, gündən-günə sürüşmə daha da intensivləşir.

2018-ci ildə istifadəyə verilmiş yol indi deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Yağıntılı havalardan sonra yolda yeni çökəkliklər əmələ gəlir.

Bir neçə hissədə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “48 nömrəli yol istismarı” MMC-nin istehsalat mühəndisi Natiq Cavadov bildirib ki, vəziyyətdən xəbərdardırlar. Qurum rəsmisi problemin qarşısını almaq üçün görüləcək işlərdən danışıb.

Natiq Cavadov əlavə edib ki, istinad divarlarının tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq mütəxəssislər cəlb olunub. Yolun ziyan dəymiş hissələrinə baxış keçirilib, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top