Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

HADİSƏ 20.05.2022 1246

Gəncə sakinin idarə etdiyi “VAZ” markalı avtomobildə marixuana ələ keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Musayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top