Meksikada işçiləri daşıyan avtobusda əyləc sıradan çıxdı: 14 nəfər öldü - FOTO

HADİSƏ 19.05.2022 868

Meksikada ferma işçilərini daşıyan avtobus idarəetmədən çıxaraq divara çırpılıb. Qəza nəticəsində 14 nəfər həyatını itirib.

Bu barədə ştatın mülki müdafiə agentliyi xəbər yayıb.

Məlumata görə, dəhşətli hadisə ölkənin qərbindəki Xalisko əyalətində Tuksqueka-Cital avtomobil yolunda baş verib.

“Nəqliyyat vasitəsi Xokotepek istiqamətində hərəkət edərkən əyləc sistemi sıradan çıxıb. Sürücü avtomobili dayandırmağa cəhd edib və maşın yol kənarındakı qayaya çırpılıb. Qəzada 20 nəfər yaralanıb... Son məlumatlara görə, 14 nəfər ölüb”, - deyə xidmət “Twitter”də bildirib.

Xilasedicilərin sözlərinə görə, avtobus yerli hakimiyyət orqanları ilə razılaşma əsasında giləmeyvə istehsal edən şirkətin əməkdaşlarını aparırmış. Avtomobilin sürücüsü dünyasını dəyişib.

Hadisə yerində fövqəladə vəziyyətin aradan qaldırılması istiqamətində iş aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top