Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti dəfə vətəndaşları qəbul etdi-FOTO

SİYASƏT 17.05.2022 1689
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti vətəndaş məmnunluğunun artırılması ,daim insanların yanında olmaq, onların çətinliklərinə, problemlərinə obyektiv yanaşıb, operativ həlli istiqamətində tədbirlər görməkdir. Qeyd edilən istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı verilən tapşırıq və tövsiyyələr üzrə Yevlax rayonunda da işlər həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin Başçısı hər həftə vətəndaşları fərdi şəkildə, təsdiq edilmiş qrafik üzrə isə rayonun kənd və qəsəbələrində səyyar formada qəbul edir, problemlərini dinləyir, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verir.
17.05.2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları fərdi şəkildə qəbul etmişdir. Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində müraciətlərin həlli istiqamətində qanunamüvafiq işlər görülməsinə, ŞİH-nin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyatı qurumlara çatdırılması məqsədilə qeydiyyata alınmasına göstəriş vermişdir.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top