Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və əsrlər boyu davam edəcək

SİYASƏT 16.05.2022 1869
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə münasibətlərinin bu gün strateji müttəfiqlik zirvəsinə yüksəlib.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə getmişdi.Tarixi görüşdə dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmişdirlər.
Rizədəki coşqulu tədbirdə çıxış üçün söz verilən ilk lider də İlham Əliyev oldu ki, bu da qardaşlığın daha bir təcəssümü idi. Təqdimat da möhtəşəm idi: “Kafqasyanın yıldızı Azərbaycanın Cumhurbaşqanı sayın İlham Əliyev!” Azərbaycan Prezidenti Rizəyə… Şuşadan getmişdi. Türkiyə səfərindən öncə 5-ci “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış törənində iştirak etmişdi və Rizədəki hava limanına Şuşa havası aparmışdı!
“Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. “bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında qeyd etmişdir. Bütün dünyanın gözü önündə hər şey gözəl və qürurverici idi.
Azərbaycan və Türkiyə həm də çətin günlərdə bir yerdədir. “İkinci Qarabağ savaşında ilk saatlardan son günə qədər qardaş Türkiyə yanımızda idi. Bu mənada əslində İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. “Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”, – deyə Prezident İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimindən bir daha bəyan etdi.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.
Bir sözlə, bütün bunlar dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.
Ramilə Seyidova- Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top