Bakı yollarındakı son vəziyyət AÇIQLANDI: Haralarda tıxac var? - SİYAHI

GÜNDƏM 16.05.2022 1236

Paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Bakı - Sumqayıt şosesində - Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Moskva prospektində, əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Bakı Olimpiya stadionunun qarşısından başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

5. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

6. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

7. Böyükşor şosesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

8. Heydər Əliyev prospekti – əsas yol və köməkçi yolda, Koroğlu metro stansiyasının qarşısında, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

10. Yusif Səfərov küçəsində Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur. Səbəb isə yol-nəqliyyat hadisəsidir.

11. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Həsən bəy Zərdabi prospektinin, “20 Yanvar” dairəsinə düşən hissəsində və Qələbə dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top