Sumqayıtda gənc itkin düşüb

HADİSƏ 16.05.2022 1181

Sumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb.

Bu barədə “Report”a onun yaxınları məlumat veriblər. Məlumata görə, T.Əliyev bir həftə əvvəl – mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər.

T.Əliyevi görənlərdən və ya onun barədə məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 050-776-97-49 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top