Zelenski daha bir mükafata layiq görüldü – FOTO

SİYASƏT 16.05.2022 1749

Ukrayna prezidenti Volodimir Zelenski xüsusi hörmət əlaməti olaraq verilən Tallinn Gerbini qəbul edib.

Bu barədə prezident aparatının “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, Zelenskinin mükafatlandırılması ilə bağlı qərarı mayın 5-də Tallinn Şəhər Şurası qəbul edib.

Tallin şəhərinin meri Yevgeni Osinovski prezidentə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.

Osinovski bildirib ki, bu mükafat Tallin və onun sakinlərinin Ukrayna xalqı ilə həmrəyliyini, Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə dəstəyini nümayiş etdirir.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top