Bekhemin fanatı onun kiçik qızının anası olduğunu iddia edir

DÜNYA 16.05.2022 1769

Devid Bekhemin kiçik qızı Harper Seven ailənin əsl sevimlisidir.

O, atasını hər yerdə müşayiət edir, keçmiş futbolçu isə qızını “balaca şahzadə” adlandırır.

Amma bu yaxınlarda Devid qızı üçün narahat olmağa başlıyıb. Belə ki, məşhurun fanatı Harperin bioloji anası olduğunu iddia edib.

Şeron Bell adlı qadın vaxtilə Bekhemlə arasında münasibətlərin olduğunu bildirib. O, mediaya uydurma romantik hekayələr danışıb. Şaron həmçinin, ulduz cütlüyə gah sevgi etiraflarları, gah da hədələrlə dolu məktublar yazıb.

Bir müddət əvvəl isə Şeron ailənin evinə soxulub. Lakin mühafizəçilər vaxtında onun qarşısını ala biliblər.

Bu hadisədən sonra qadın barəsində həbs-qətimkan tədbiri seçilib. Beş ay ərzində o, keçmiş futbolçunun evinə yaxınlaşa bilməyib. Lakin həbsdən çıxdıqdan sonra Şeron Harper Sevenin oxuduğu məktəbə gəlib. O, qıza sadəcə həqiqəti demək istədiyini bildirib. Qadın iddia edib ki, Davidlə yaxın münasibətdə olub və o, qadının etibarından istifadə edərək, Şeronun yumurta hüceyrələrini oğurlayıb.

İndi Devid və Viktoriya malikanənin təhlükəsizliyini artırmaq və sevimli qızları üçün şəxsi mühafizəçi tutmağı qərar alıblar.

Mənbə: eva.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top