Bu gün 1200-dən çox şəxs rezidenturaya daxil olmaq üçün imtahan verəcək

GÜNDƏM 15.05.2022 1528

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanı keçiriləcək.

İmtahanda 1 279 namizəd iştirak edəcək.

Onlardan 1021 nəfər Azərbaycan, 258 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564 nəfəri oğlan, 715 nəfəri isə qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı, Naxçıvan şəhərlərində keçiriləcək və saat 11:00-da başlanaraq 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top