Məşhur aviaşirkət “Bitcoin”i ödəniş kimi qəbul edəcək

DÜNYA 14.05.2022 1450

BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini “Bitcoin”lə ödəməyi mümkün etməyi planlaşdırır.

Bu barədə şirkətin baş əməliyyat direktoru Adel Əhməd Ər-Redha xəbər verib.

“Emirates” tezliklə “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq”, - deyə o bildirib.

Bundan əlavə, aviaşirkət veb-saytına özünün NFT tokenlərini əlavə edəcək.

Ər-Redha bildirib ki, aviaşirkətin müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün əlavə işçilərə ehtiyacı ola bilər.

O, aviaşirkətin “Bitcoin” ödəniş xidmətini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top