Azyaşlıları qorumaq istədi, qır qazanına yıxıldı: 14 yaşlı oğlanın sizin köməyinizə ehtiyacı var - FOTO

HADİSƏ 13.05.2022 1160

Bakıda yeniyetmə oğlan qır qaynayan qazanda yanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 23-də baş verib.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıblar. 14 yaşlı Sənan Allahverdiyev onları qorumaq üçün özünü qabağa atıb.

Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri yanıb.

O, hazırda Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı Şəhər Klinik Xəstəxanası) yanıq şöbəsində müalicə alır. Onun xəsarəti həkimlər tərəfindən dördüncü dərəcəli yanıq kimi qiymətləndirilib.

Qeyd edək ki, yeniyetmənin müalicəsi üçün maddi vəsaitə ehtiyac var. Kömək etmək istəyənlər 055-789-70-72 (ata) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top