Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb

DÜNYA 13.05.2022 1467

Əcnəbilər azı 400 min dollar dəyərində daşınmaz əmlak aldıqları təqdirdə müstəsna olaraq Türkiyə vətəndaşlığı əldə edə biləcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı “Resmi Gazete”də dərc olunub.

 

Sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək.

Əvvəllər Türkiyə vətəndaşlığını almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq kifayət edirdi. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir.

Alınan daşınmaz əmlakın qiymətinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib. Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən azı üç il müddətində onu satmamaq tələb olunacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top