Bakıda kişi arvadı ilə qayınanasını girov saxladı

GÜNDƏM 11.05.2022 896

Bakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan iki qadın xilas edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən binada baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Arzu Rəsulova (ad-soyadlar şərtidir - red.) polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü Muhammet Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.

Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq, qapını açan olmayıb.

Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aysel Rəsulova və anası Arzu xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top