Ruslan Əliyev: “100-ə yaxın obyektdə qaz balonuna dair pozuntu aşkarlanıb”

CƏMİYYƏT 10.05.2022 1801

“Bu günə qədər aparılan yoxlamalar nəticəsində 100-ə yaxın ictimai iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntu aşkarlanıb”.

Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoxlamalar Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə aparılır:

“Yoxlamalar mütəmadi olaraq davam etdiriləcək. Hazırda 100-ə yaxın iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntular aşkarlanıb. Müvafiq qaydada zəruri tədbirlər görülüb”.

Könül Cəfərli

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top