Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib-Foto

CƏMİYYƏT 10.05.2022 3498
Saat24.Az xəbər verir ki,Azərbaycan xalqının Ümummilli lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 may 2022-ci il tarixdə Heydər Əliyev parkında ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş divar qəzetlərindən, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Təşkil olunmuş “Kitab bayramı”nda nümayiş olunan Müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallar, “Şuşa ili”nə, Zəfər bayramına həsr edilmiş bölmələr, idmançıların çıxışları maraqla qarşılanıb. Tədbir rayon mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.




 















































XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top