Manevr qaydalarını heçə saydı: Polisə nalayiq ifadələr işlədən şəxs SAXLANILDI

GÜNDƏM 09.05.2022 1683

Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində VAZ-2115 markalı avtomobilin sürücüsü manevri düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilib.

O, polisin qanuni tələbinə tabe olmayaraq, nalayiq ifadələr işlədib.

Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq, nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top