Milli birlik rəmzisinə çevrilmiş dünya azərbaycanlılarının həmrəliyi günü

SİYASƏT 09.05.2022 980
Od ürəkli,od nəfəsli Azərbaycan!
Yeraltı, yerüstü maddi və mənəvi sərvətləri ilə düşmənə göz dağı olmuş doğma Vətənim! Sən necə də gözəlsən, sevimlisən! Elə bu gözəlliyin də başına bəla olub. Düşmənlərin həmişə sənə hücum edib, mənimsəməyə çalışıb, lakin nail ola bilməyib, çünki qüdrətinlə, əzəmətinlə həmişə ayaq üstə durmağı bacarmısan!
Lakin nə qədər doğma yurdum qorunsa da, yaşasa da, tarix boyu çoxlu sayda soydaşlarımız zor-xoş, öz yurd-yuvasından didərgin düşmüş və dünyanın hər yerinə səpələnmişlər. Dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı ürəyi Azərbaycana bağlı, millətinin adət-ənənələrini qoruyur, yaşayır, yaradır.Bu qədər soydaşlarımızı bir millət olaraq birləşdirmək, azərbaycanlıların bir millət olaraq sarsılmazlığını, bütövlüyünü dünya arenasında canlandırmaq vəzifəsi Ümumilli liderimiz, əsl azərbaycançılıq ideyası ilə yaşayan Heydər Əliyevin vəzifəsinə çevrildi... 1989-cu ildə Naxçıvan və İran sərhəddinin illərlə bir-birinə qarışa bilməyən Vətən oğullarının vasitəsilə açılması mili birliyimizin təcəssümü olan bir günün yaranmasına zəmin oldu. Uzun zaman həsrətli qardaşların sərhəd yürüşü, Araz çayının ətrafındakı sərhəd dirəklərinin yıxılması, o taylı, bu taylı millətin həftələrlə Araz qırağında gecələməsi, birləşmək cəhdinin bariz nümunəsi oldu. Bu hadisələr xalqın bir xalq kimi birləşmək istəyinin rəmzi kimi həmrəylik gününün təsbit olunmasının zərurətini yaratdı.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Sonradan bu təşəbbüsə mərkəzi hakimiyyət də qoşuldu və hər il azərbaycanlılar bu günü birlik bayramı kimi qeyd edirlər. Bu gün bu bayram dünyaya səpələnmiş bütün soydaşlarımızın bir-birilə əlaqə qurmaq, aralarında birlik, həmrəylik yaratmaq işində mühüm rol oynayır. Artıq zərurət və ehtiyaca çevrilmiş bu bayramı təkcə azərbaycanlılar deyil, həm də Azərbaycanda böyümüş, azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi gününün rəsmi Ali məclisdə olan qurultaylar dünyaya səpələnmiş azərbaycanlıların daha da sıx birləşməkdə böyük əhəmiyyətə malikdir:
- 2001-ci il,I qurultay,Bakı şəhəri
-2006-cı il,II qurultay, Bakı şəhəri
-2011-ci il,III qurultay,Bakı, şəhəri
-2016-cı il,IV qurultay,Bakı şəhəri
-2022-ci il,V qurultay,Şuşa şəhəri
Qurultaylara dünyanın hər yerindən diaspor nümayəndələri, rəsmi dövlət idarələrinin, dövlət başçılarınıın, iş adamlarının, bir sözlə, Azərbaycana dost münasibət göstərən nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları, parlament üzvləri, qeyri-hökümət təşkilatlarının üzvləri, siyasi partiyaların təmsilçiləri və s. nümayəndələri seçilirlər.
Soydaşlarımızın hər bir görüşü dəyərlidir, qiymətlidir, lakin V qurultayın Şuşada keçirilməsi daha əvəzsizdir, önəmlidir. 30 ilə yaxın düşmən tapdağı altında qalan əziz Şuşaya qayıtdıq. Qurultayda 65 ölkədən 400-ə yaxın diaspor nümayəndələri iştirak edirdi. Azad olunmuş torpağımızda, qədim ana vətənimizdə birliyə qol qoyan dünya azərbaycanlılarına möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, bizim rəsmi görüşümüz milli birliyimiz dövlətlərarası münasibətlər müstəvisində önəmli bir addımdır, harada ki, azərbaycanlılar yaşayır.
Yaşasın Milli birliyimiz! Həmişə var olaq, həmişə bir olaq!!!
Səliqə İsmayılova
YAP Zərdab Rayon Təşkilatı nın fəalı
1 saylı məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top