Madriddə yaşayış binasında partlayışda yaralananların sayı artdı, ölənlər var - FOTO

HADİSƏ 07.05.2022 1458

İspaniya paytaxtının Salamanka rayonunda dördmərtəbəli binada mayın 6-da baş vermiş partlayışda yaralananların sayı 18-ə çatıb. İki nəfər isə həyatını itirib.

Bu barədə “El Pais” məlumat yayıb.

Qeyd olunur ki, iki nəfərin meyitini dünən gecə saatlarında xilasedicilər dağıntıların altından çıxarıblar.

“Partlayış çox güclü idi, bu səbəbdən də onların ölümü ani olub”, - Madridin meri Xose Luis Martines Almeyda bildirib.

Ölənlər 27 və 21 yaşlı honduraslı və ispan fəhlələr olub. Onlar bir ay ərzində tikintidə çalışırmışlar. Fəhlələrdən biri iki uşaq atası olub.

General Pardinyas küçəsində baş verən partlayışın qaz sızması nəticəsində meydana gəldiyi deyilsə də, polis hələ araşdırmaların davam etdiyini, detalları sonra açıqlayacağını bildirib.

 



Mövzu ilə əlaqədar

Madridin mərkəzində güclü partlayış: Çox sayda yaralı var - VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top