Çağırışa gedən həkimlər dünyanın ən yaşlı insanı ilə rastlaşdılar – FOTO

DÜNYA 07.05.2022 1521

Braziliyada dünyanın ən yaşlı insanı aşkarlanıb. Belə ki, ölkənin şimal-şərqində, ucqar kəndlərin birində çağırısa gedən həkimlər 121 yaşlı qadınla rastlaşıblar.

Doğum şəhadətnaməsinə əsasən, Mariya Qomeş duş Reyş 1900-cü il iyunun 16-da Braziliyanın Bom Jesus da Lapa bələdiyyəsinin Bela Vista kəndində anadan olub.

Bütün uşaqları artıq dünyasını dəyişdiyi üçün qadına nəvəsi Seliya qulluq edir. Onun sözlərinə görə, nənə səkkiz il əvvələ kimi gümrah olub: Hamının qayğısına qalıb, yemək bişirib, paltar yuyub, nəvə-nəticələrini də böyüdüb.

Qadın hazırda yataq xəstəsidir və hələ də doğma kəndində yaşayır.

Duş Reyşin 13 nəticəsi, altı kötücəsi var və ailə onun ilk yadıcasını görəcəyinə ümid edir.

“Biz onun qoca yaşında olduğunu bilirdik. Amma dünyanın ən yaşlı insanı... Buna təəccübləndik”, -  deyə Selia etiraf edib. 

Mənbə: Daily Mirror

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top