Çenduda Ümumdünya Yay Universiadası yeni koronavirus dalğasına görə təxirə salınıb

DÜNYA 07.05.2022 1524

Çenduda (Çin) 2022-ci il iyunun 26-dan iyulun 7-dək keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadası bir il müddətinə təxirə salınıb.

Yarış təşkilatçılarının bu qərarına səbəb son aylarda Çində ortaya çıxan yeni növ koronavirusdur.

“Çenduda 2021-ci il Universiadasının təxirə salınması qərarı asan deyildi, lakin bu, idmançılar üçün ən düzgün qərardır. Onların rifahı həmişə bizim bir nömrəli prioritetimizdir. Mövcud şərtlərlə bağlı davam edən qeyri-müəyyənlik yarışın təxirə salınmasını məqbul edib  – bir sıra universitetlərin milli idman federasiyaları artıq planlarını dəyişiblər” – deyə təşkilatın saytı Milli Universitet İdman Federasiyası prezidenti səlahiyyətlərini icra edən Leonz Ederin sözlərini sitat gətirib.

Çenduda Universiadanın 2021-ci ilin yayında başlaması nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən 2022-ci ilə təxirə salınmışdı.

Mənbə: Çempionat

XƏBƏR LENTİ
17.04.2024 3163

DİGƏR XƏBƏRLƏR

Loading
Top