Ərdoğan Makronla danışdı

DÜNYA 06.05.2022 1284

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, görüşdə Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Ərdoğan Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin Fransa üçün faydalı olmasını arzulayıb.

Dövlət başçısı Türkiyə-Fransa əlaqələrinin Avropa və qlobal təhlükəsizlik baxımından da böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə başa çatdırmaq üçün hər cür səy göstərdiklərini ifadə edən prezident Ərdoğan, danışıqlar prosesinə dəstək verməyin vacib olduğunu bildirib.

Mənbə: TRT

XƏBƏR LENTİ
17.04.2024 3192

DİGƏR XƏBƏRLƏR

Loading
Top