Bakıda kafedə dava: Bir nəfər bıçaqlanıb

CƏMİYYƏT 06.05.2022 1543

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top