Yaponiya Rusiya neftinin idxalını dərhal dayandırmamağa qərar verib

İQTİSADİYYAT 05.05.2022 1233

Tokionun mümkün sanksiyalar üzrə Rusiya neftinin idxalını dərhal dayandırmaq niyyətində deyil.

Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda ABŞ-a səfəri çərçivəsində açıqlama verib.


“Yaponiyanın resursları hazırda məhduddur, bizə digər ölkələrlə dərhal eyni cərgədə durmaq çətin olacaq”, – deyə nazir bildirib.

Haqiuda həmçinin ABŞ hakimiyyətini mayeləşdirilmiş təbii qaz (MTQ) hasilatını artırmağa çağırıb. Bundan əlavə o, Amerika bazarında bu resursun istehsalı ilə məşğul olan yapon şirkətlərinə dövlət dəstəyi göstərməyi təklif edib.

Rəsmi məlumatlara görə, Yaponiyaya neft tədarükündə Rusiyanın payı 3,6%, MTQ - 8,8% təşkil edir.

Xatırladaq ki, Yaponiya Rusiyadan bir sıra malların idxalına qadağa qoyub. İdxal qadağası araq, şərab və pivə, avtomobillər və motosikletlər və s. daxil olmaqla 38 məhsulu əhatə edəcək.

Bundan əvvəl ölkə Rusiyaya premium avtomobillərin ixracına qadağa qoyub və Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı digər sanksiyaları genişləndirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top