ABŞ-dan dolların dəyərinə təsir edəcək QƏRAR

DÜNYA 05.05.2022 1612

ABŞ-ın mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyatlar Sistemi (FED) ölkənin milli valyutası olan dollar üzrə faiz dərəcələrini artırıb.

Oxu.Az xəbər verir ki, 0,5 bəndlik artımdan sonra faizlər 0,75 – 1% arasında müəyyənləşdirilib.

Qeyd edək ki, valyuta üzrə faiz dərəcələri onun faktiki dəyərini ifadə edir. Bu səbəbdən də, bir qayda olaraq, faiz artımı beynəlxalq maliyyə bazarlarında valyutalara bahalaşmasına səbəb olur. 

Lakin bu dəfə FED-in qərarı investorlar üçün gözlənilən olduğundan, əks effekt verib və dollar digər valyutalar qarşısında ucuzlaşmağa başlayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top