Avstraliyadan yeni sanksiya: bu dəfə Vladimir Solovyov da “qara siyahı”da

SİYASƏT 04.05.2022 1463

Avstraliya hökuməti Rusiya Federasiyası Dövlət Dumasının 75 deputatını, həmçinin “DXR” və “LXR”in bir sıra əsas “nazirlər”ini sanksiyalar siyahısına daxil edib.

Bu barədə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin saytında qeyd edilibSiyahıda “DXR”dən 20-dən çox, “LXR”dən 15 “nazir” yer alıb.

Siyahıda olanlar arasında rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov, Dövlət Dumasının vitse-spikeri Aleksandr Jukov, deputatlar İrina Yarovaya, Yelena Yampolskaya, Vladislav Tretyak, Dmitri Pevtsov, Anna Kuznetsova və başqaları var. 

Ümumilikdə Avstraliya Rusiya və Belarusun 700-dən çox vətəndaşına, o cümlədən hər iki ölkənin prezidentlərinə və nazirlərinə qarşı sanksiya tətbiq edib. 
 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top