Lvov, Dnepr və Kiyevdə güclü partlayışlar olub

DÜNYA 04.05.2022 1541

Çərşənbə axşamı, mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.

Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib.

Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub.

Həmçinin Kiyevin sağ sahilində də partlayışlar eşidilib.

Sonradan məlum olub ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin üç qanadlı raketini vurub. Onlardan ikisi Vinnitsa, üçüncüsü isə Kiyev yaxınlığında dəf edilib.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top