Çin küçələrində sürücüsüz dezinfeksiya maşınları göründü

DÜNYA 04.05.2022 1556

Dünya koronavirus pandemiyası ilə mübarizəni davam etdirir və bu mübarizənin önündə virusun ilk aşkar edildiyi Çin dayanır.

Şərq ölkəsi COVID-lə mübarizədə də ilkə imza atıb. Belə ki, Quançjouda şəhər küçələrini dezinfeksiya edən sürücüsüz avtomobillər görünüb.

Məlum olub ki, “WeRide” texnoloji startapı və Çin avtomobil konserni “Yutong Group” xüsusi olaraq ictimai yolların təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə tutulmuş avtonom elektrik robot-maşınlar yaratmaq üçün qüvvələrini birləşdirib.

Nəticədə “Robosweeper” adlı sürücüsüz avtotexnika yaranıb.

İstehsalçıların dediklərinə görə, o, dördüncü səviyyəli avtopilotla təchiz edilib və tamamilə insan müdaxiləsi olmadan işləyə bilər. Robot-maşın bulud əsaslı platforma vasitəsilə idarə olunur.

May ayının sonlarınadək “Robosweeper”lərin sınaq istismarı həyata keçiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top