Bağ evində “WiFi”nin keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi - FOTO

GÜNDƏM 04.05.2022 1183

Mobil gücləndiricinin köməyi ilə bağ evində və ya şəhərdən kənarda internetin keyfiyyəti problemini həll etmək mümkündür. Lakin onu quraşdırarkən təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.

Bu barədə Rusiyanın “Yota” telekommunikasiya şirkətinin eksperti Qriqori Lısenko bildirib.

Onun sözlərinə görə, operatorların baza stansiyaları uzaqda yerləşirsə, yaxud müdaxiləyə səbəb olan xarici amillər varsa, simsiz internetin keyfiyyəti və sürəti kifayət qədər yüksək olmaya bilər. Bu problemi həll etmək üçün modemə əlavə olaraq, qəbul edilən siqnalı gücləndirən anten almaq olar.

“Şəhərdən kənarda internetin sürətini və keyfiyyətini artırmaq istəyirsinizsə, o zaman xüsusi antendən (modemə və ya internet mərkəzinə qoşulacaq daşınabilən cihaz) istifadə edə, ya da artıq quraşdırılmış modemi olan xarici anten ala bilərsiniz. Bundan sonra sadəcə SİM kartı qoşub anteni çölə çıxarmaq kifayətdir. İdeal seçim isə zərurət olduqda dirəyə quraşdırıla bilən və baza stansiyasına yönəldilə bilən istiqamətləndirici açıq antendir”, - deyə Lısenko izah edib.

Ekspertin sözlərinə görə, anteni şəxs özü quraşdıra bilər, lakin avadanlığa zərər verməmək və yanğına səbəb olmamaq üçün mütəxəssislərə müraciət etmək daha tövsiyə olunandır.

“Əlbəttə ki, xarici anten quraşdırarkən təhlükəsizliyə diqqət yetirmək lazımdır. Qurğunu ildırım çubuğunu quraşdıraraq və onu torpaqlamaqla qorumaq tövsiyə olunur. İldırım nəinki elektrik gərginliyinin artmasına, hətta yanğına da səbəb ola bilər. Əgər bu cihazı quraşdırmaq təcrübəsi yoxdursa, müvafiq xidmətləri göstərən şirkətlə əlaqə saxlamaq tövsiyə olunur. Mobil gücləndiricinin seçilməsi və quraşdırılması ilə bağlı məlumatı ixtisaslaşmış forumlarda tapmaq olar”, - deyə Lısenko bildirib.

Qeyd edək ki, buna qədər bildirilmişdi ki, şəhərdə yaşamağa baxmayaraq, evdə “WiFi”nin sürəti zəifdirsə, marşrutlaşdırıcı (router) parametrlərində kanalı dəyişdirmək lazımdır.

XƏBƏR LENTİ
17.05.2022 1339

DİGƏR XƏBƏRLƏR

Loading
Top