Ramazan ayının son günündə restoranların iftar menyusu qiymətləri - SİYAHI

CƏMİYYƏT 01.05.2022 1434

Ramazan bayramına bir gün qalıb. Paytaxtda fəaliyyət göstərən restoranlarda iftar süfrələrinin qiyməti cəmiyyətdə maraqla qarşılanır. 

Oxu.Az xəbər verir ki, cari ay ərzində bir çox restoranlarda müştərilərə nəinki iftar, hətta imsak menyuları da təklif edilib.

Restoranlar isə hər il Ramazan ayına məxsus olan iftar menyuları tərtib edirlər. Bu menyulara bir neçə növ yemək, çay və s. daxil edilir. Menyuların qiyməti ora daxil edilən yemək çeşidlərindən asılı olaraq dəyişir.

Ramazan ayının son günündə bəzi restoranların iftar və imsak menyularını və qiymətlərini təqdim edirik:

“Biz-bizə” restoranı bir nəfər üçün şorba, kabab, isti yemək, desert, soyuq içki və çay daxil olan menyunu 26 manata təklif edir.

“Mado” restoranı (Nərimanov filialı) hər gün saat 03:00-dan başlayaraq sahur üçün açıq bufet xidməti verir. Qiymətlər isə bir nəfər üçün 19,7 manata təklif edilir.

“Des Baku” restoranı iftar menyusunu 19.90 AZN-ə təklif edir.

“Pizza in Baku”da iftar menyusu 16 AZN-ə təklif olunur.

“Gilənar” restoranında iftar menyusu bir nəfər üçün 12 AZN-ə təklif edilir.

“Burc Qala” restoranında bir nəfərlik iftar menyusu 19 manata təklif olunur.

“Kalorit kafe” restoranı bir nəfərlik iftar menyusunu 16 manata təklif edir.

“Ada” restoranında isə bir nəfərlik iftar menyusunun qiyməti 35 manata təklif olunur.

Könül Cəfərli

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top