Zərdablı kümçülərə ipəkqurdu paylanılıb-Foto

CƏMİYYƏT 01.05.2022 1896
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq,2021-ci ildə 67 ton  barama tədarük edilmişdir.
Zərdablı kümçülərdən 3 nəfəri 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır.
2022-ci ilin məhsulu üçün Zərdab rayon Yaş barmanın qəbulu mənqəsində inkubasia olunaraq 1350 qutu ipəkqurdu toxumu  kümçülərə paylanmışdır.
Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

 











XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top