ABŞ-da ilk “T-7A Red Hawk” təyyarəsi təqdim edilib

DÜNYA 30.04.2022 1511

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış ilk “T-7A Red Hawk” təlim təyyarəsini təqdim edib.

Yeni model “Northrop T-38 Talon”u əvəz edəcək.

Şirkət qeyd edib ki, T-7A tam rəqəmsal formatda hazırlanmış ilk təyyarədir. “Red Hawk”un proqram təminatı yeni öyrənmə elementləri və imkanlarını tez bir zamanda həyata keçirməyə imkan verir.

Şirkətin zavodunda San Antonio-Randolfda yerləşən Hərbi Hava Qüvvələri bazasına göndəriləcək ilk təyyarənin təqdimatı olub. Bundan əvvəl isə “Red Hawk” yerüstü və uçuş sınaqlarından keçəcək.

ABŞ Hərbi Hava Qüvvələri 351 ədəd T-7A təyyarəsi almağı planlaşdırır. “Boeing” “Saab” şirkəti ilə birlikdə yeni təyyarə üzərində işlər aparır. İki yerlik salona malik “Red Hawk” General Electric F404-GE-103 turboreaktiv mühərriki ilə təchiz olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top