“Sui-istifadə etməyin, amma havanız çatmayanda deyin” - Bakı metropoliteni rəsmisindən AÇIQLAMA

GÜNDƏM 29.04.2022 1739

Havaların isinməsi nəqliyyatda ənənəvi problemi gündəmə gətirir. Sərnişinlər xüsusilə yeraltı nəqliyyatda havasızlıqdan şikayətçidir.

Gündəlik metrodan istifadə edən sərnişinlərin sayının çoxluğu və havalandırma məsələsini yenidən gündəmə gətirir. Bir stansiyadan digərinə çatana qədər sərnişin sıxlığı nəfəs almağı demək olar ki, çətinləşdirir.

Belə bir sual yaranır ki, metroda havalandırma sistemlərinin təkmilləşdirilməsi bu problemin azalmasına, ən yaxşı halda tamamilə aradan qaldırılmasına kömək olacaq, yoxsa yox?

Metroda havalandırma məsələsi ilə bağlı şikayətlərə cavab verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, havalandırma avtomatik qoşulu olur və avtomatik tənzimlənir:

“Məsələn, qapılar açılıb-bağlananda içəri isti hava kütləsi daxil olur və avtomatik sistemin tənzimləməsi bir qədər vaxt aparır. Belə olanda sərnişinlər maşinist rabitəsi ilə əlaqə saxlayıb, kondisioner sisteminin tənzimləməsini ondan istəyə bilərlər. Fikir vermisinizsə, bu məsələ yalnız üzü yaya doğru daha çox səslənir. Çünki bu, mövsümi xarakter daşıyır. 2019-cu ildə, yadınızdadırsa, ictimaiyyətə bu barədə ətraflı məlumatlar verirdik. Əsasən də teleradio vasitəsilə. Çünki ənənəvi, elektron və sosial media müraciətlərindən sonra neqativ hallar çox yaşanırdı.

Maşinist rabitəsi ilə yalnız xüsusi, zəruri, qaçılmaz, fövqəladə və s. hallarda əlaqə saxlanılması arzuolunandır. Sərnişinlərdən xahiş edirik ki, maşinist rabitəsindən sui-istifadə hallarına yol verilməsinlər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top